Bu il qlobal neft tələbatı sutkada 96,7 milyon barrelə çatacaq


Cari ildə qlobal neft tələbatı əvvəlki ilə görə 5,7 milyon barrel (6,3 faiz) artaraq gündəlik 96 milyon 700 min barrel olacaq.

PAŞATv xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir.

IEA-ya görə, il ərində sutkalıq tələbatın 35 milyon 900 min barreli Asiya-Sakit Okean bölgəsində, 30 milyon 300 min barreli Amerika qitəsində, 13 milyon 900 min barreli isə Avropada formalaşacaq