İdman Akademiyasında görüş keçirilib

“Elmi müzakirə saatı” layihəsi çərçivəsində oktyabr ayı ərzində əcnəbi professor-müəllim heyəti ilə Akademiyanın akademik, inzibati və tələbə heyətinin silsilə görüşləri keçirilmişdir.
Özbəkistan Dövlət Bədən Tərbiyəsi və İdman Universitetinin Gimnastikanın nəzəriyyəsi və metodikası kafedrasının dosenti, Azərbaycan İdman Akademiyasının Gimnastikanın nəzəriyyəsi və metodikası kafedrasında “Gimnastika” fənnini tədris edən Eştayev Sergey Anvaroviç tərəfindən “Gimnastika hərəkətlərinin öyrədilmə prosesinin idarə edilməsi” (Управление процессом обучение гимнастическим упражнением) mövzusunda seminarı, Bolqarıstanın “Vasil Levski” Milli İdman Akademiyasının İdman nəzəriyyəsi kafedrasının professoru, Akademiyanın doktorantlarına “Tədqiqat metodları” fənnini tədris edən Daniela Stanimirova Daşevanın (Daniela Stanimirova Dasheva) “İdman elmi sahəsində elmi nəşrlər” (Научные публикования в области спортивной науки) mövzusunda seminarı, Koventri Universitetinin Biznes Araşdırma Mərkəzinin dosenti, fəlsəfə doktoru Tomas Vilyam Basonun (Thomas William Bason) “İdman və blokçeyn texnologiyası” (Sport and Blockchain Technology) mövzusunda seminarı, Akademiyanın ingilisdilli “İdman menecmenti” magistr proqramı üzrə tələbələrə “İdman iqtisadiyyatı” fənninin tədris edən Fransanın Amos Biznes məktəbinin (Amos Business School) professoru, İngiltərənin Salford Universitetinin (University of Salford) və Şərqi London Universitetinin (University of East London) imtahan eksperti, eyni zamanda menecment konsultantı olaraq fəaliyyət göstərən Nevil Mark Klementsin (Neville Mark Clements) “XXI əsrdə idmanın üzləşdiyi problemlər” (Issues facing sport in the 21st Century) mövzusunda seminarı keçirilmişdir. Görüşlər zamanı müvafiq mövzular üzrə müzakirələr aparılmış, iştirakçıları maraqlandıran suallara cavab verilmişdir.