Martda OPEC-in göndəlik neft istehsalı artıb


Mart ayında Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) xam neft hasilatı əvvəlki ayla müqayisədə 210 min barrel artaraq sutkada 25 milyon 50 min barrel olub.

PAŞATv xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir.

Bildirilir ki, ötən ay kartel üzrə xam neftdən savayı digər şərti olmayan gündəlik hasilat isə 5 milyon 160 min barrel təşkil edib. Bununla da, martda OPEC-in sutkalıq istehsalı ümumilikdə 30 milyon 210 min barrelə yüksəlib.