Hələ də tam həll edə bilmədiyimiz məsələlər var

Azərbaycanın hazırda təhsilalanları əvvəlki nəsildən kifayət qədər daha bacarıqlıdır.
YAZTV xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, yeni nəslin ortalama göstəriciləri daha yaxşıdır: "Ola bilsin ki, yeni nəslin riyazi bacarıqları daha yaxşı olacaq, amma onlar düzgün azərbaycanlı olacaq, Azərbaycan dilində aydın danışacaq, bu bizim azyaşlı uşaqların qarşısında duran vacib məsələlərdən biridir".
Nazir qeyd edib ki, hələ də tam həll edə bilmədiyimiz məsələlər var və daim onların həlli istiqamətində səylərimizi birləşdirməliyik.
"Ən əsas amillərdən biri qızların təhsilidir. 4-cü sinfin sonunda apardığımız qiymətləndirmələrdə son 10 ildə qızların nəticələri oğlanların nəticələrindən daha çox, daha yaxşıdır",- nazir əlavə edib.