SOCAR bu il hasil etdiyi neft və təbii qazın həcmini açıqlayıb


Üç ayda SOCAR tərəfindən 1,9 milyon tondan çox neft, 1,9 milyard kubmetrdən artıq təbii qaz hasil olunub.

SOCAR-dan PAŞATv-ə bildirilib ki, ölkə üzrə ümumilikdə 8,8 milyon tonadək neft və 10,4 milyard kubmetrdən çox qaz hasil edilib.

Qaz hasilatında artım ilin birinci rübündə davam edib.