AFFA iki klubu cərimələdi



AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib

YAZTV xəbər verir ki, komitə "Qarabağ" və "Səbail" klublarını cərimələyib. Ağdam təmsilçisi Misli Premyer Liqasının XVI turunda "Sabah"la matçda azarkeşlər pirotexniki vasitədən istifadə etdiyinə görə 1500 manat ziyana düşüb.

Həmçinin, sözügedən qarşılaşmada fanatlar tərəfindən təhqiramiz ifadələr səsləndirildiyi (bu hal cari mövsümdə ikinci dəfə yaşanır) üçün klub daha 500 manat ödəyəcək.

"Səbail" klubunun isə 4 üzvü "Araz-Naxçıvan"a 0:2 hesabı ilə uduzduqları görüşdə sarı vərəqə ilə cəzalandırıldığından klub 700 manat cərimələnib.