Müddətli həqiqi hərbi xidmətə çağırış yaşının yuxarı həddi 35-dən 30-a endirilir


Azərbaycanda həqiqi hərbi xidmətkeçmədə son yaş həddi aşağı endirilir.

YAZTV xəbər verir ki, bu, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanların xidmət etdikləri son yaş həddi 35-dən 30-a endirilir.