50 mindən çox əlilliyi olan vətəndaş şirkətlərdə çalışır



Bu gün Azərbaycanda sahibkarlıq möhkəm təməl üzərində formalaşıb. Hazırda ölkəmizdə 50 mindən çox əlilliyi olan vətəndaş şirkətlərdə çalışır. Hədəfimiz daha böyükdür. İnklüziv biznes cəmiyyətinə sahibkarlar da öz töhfəsini verəcək.

YAZTV xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev  deyib.

Nazir qeyd edib ki, cəmi 6 illik bir dövrdə əmək müqavilələri 609 min olub.

“Bu müqavilələrdən 80 faizi başqa sözlə, 500 mini özəl sektorun payına düşür. Əmək fondu 3 dəfə artıb. Sahibkarlarımızın biznesə çıxışının artırılması istiqamətində işlər görülür. Bizim birgə fəaliyyətimiz növbəti illərdə də sahibkarlığın inkişafına dəstək olacaq”, - deyə nazir əlavə edib.