Azərbaycanın düyü idxalına çəkdiyi xərc 35% artdı


Bu ilin yanvar-noyabr aylarında Azərbaycan düyü idxalına 62,7 milyon dollar xərc çəkib.

YAZTV-nin Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,3% çoxdur.

Hesabat dövründə düyü idxalı Azərbaycanın ümumi idxalının 0,33 %-ni təşkil edib.

Əlavə edək ki, ötən ilin eyni aylarında ölkəyə idxal edilən düyü 46,3 milyon dollar dəyərində olub.