Azərbaycanda pul bazası ötən il cüzi artıb


Bu il yanvarın 1-nə Azərbaycanda pul bazası 20 milyard 916,5 milyon manat təşkil edib.


YAZTV  Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən il dekabrın 1-i ilə müqayisədə 1,65 % çoxdur.


Ölkədə pul bazası son 1 ildə isə 0,2 % artıb.