Angela Merkel: Dövlətlərin suverenliyinin və ərazi bütövlüyünün pozulması fundamental dəyərlərimizə ziddir

Qaydalara söykənən düzən də, eyni zamanda, dinc birgəyaşayış üçün vacib şərtdir. Dövlətlərin suverenliyi və ərazi bütövlüyünün şübhə altına alınması və ya pozulması, - necə ki, məsələn Dağlıq Qarabağda bunun şahidi oluruq, - ümumi fundamental dəyərlərimizə ziddir.
PAŞATv xəbər verir ki, bunu Almaniya Kansleri Angela Merkel Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında çıxışı zamanı söyləyib.
Kansler bildirib ki, ancaq əgər Avropa Şurasının bütün qurumları sıx əməkdaşlıq edərlərsə, o zaman o, bu məsələdə həlledici rol oynaya bilər.(AZƏRTAC)