“Qarabağ” Juninyo tranfserini rəsmən açıqladı


“Qarabağ” futbolçusu Olavio Juninyo ilə bağlı rəsmi açıqlama yayıb.


YAZTV xəbər verir ki, Ağdam təmsilçisinin yaydığı açıqlamada bildirilir:


“Komandamızın futbolçusu Olavio Juninyonun Braziliyanın “Flamenqo” klubuna transferi ilə bağlı rəsmi danışıqlar davam edir. Şəxsi müqavilənin müzakirəsi və keçidin rəsmiləşməsi üçün 28 yaşlı hücumçu Braziliyaya - Rio de Janeyroya yollanıb”.