Bir ailənin üç üzvü dəm qazından zəhərləndi


Ağsuda bir ailənin 3 üzvü dəm qazından zəhərlənib.


Oxu.Az xəbər verir ki, rayonun Qaraqoyunlu kəndində baş verən hadisə zamanı 11 yaşlı Dəniz Hacızadə, 7 yaşlı təvəllüdlü Yusif Hacızadə və 12 yaşlı Xəqani Hacızadə dəm qazından zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıblar.


Hazırda vəziyyətlərinin orta ağır olduğu bildirilir.


Faktla bağlı araşdırma aparılır.