Qlobal enerji transformasiyası investisiyaları 500 milyard dolları ötüb

Dünya İqtisadi Forumu tərəfindən hazırlanan hesabata görə, 2011-ci ildə illik 300 milyard dollar olan enerji transformasiyası investisiyaları keçən il qlobal miqyasda 501 milyard dolları keçib.
PAŞATv xəbər verir ki, hesabata görə, 2018-ci ildə dünyanın elektrik enerjisinə olan ehtiyacının 81 faizi ənənəvi mənbələrlə təmin edildiyi halda, 2019-cu ildə qlobal istixana qazı tullantıları artıb. Əvvəllər qlobal miqyasda 1 milyard 200 milyon insan elektrik enerjisi əldə edə bilmirdisə, son zamanlarda 770 milyon insan elektrik enerjisindən yararlana bilmir. Bundan əlavə, sənayedən çıxan karbon emissiyaları və ənənəvi yanacaq istifadəsi 2010-cu ilə nisbətən 1 giqaton artaraq 34 giqatona çatıb.
Hesabatda deyilir ki, bərpaolunan enerji texnologiyalarına investisiyaların ümumi göstəricidə ən böyük olmasına baxmayaraq, enerjinin transformasiyası üçün tələb olunan digər texnologiyalara qoyulan sərmayə azdır. Bu texnologiyalara elektrikli istilik, nəqliyyatdakı təmiz mənbələrə yönəlmə və karbon tutma texnologiyaları kimi sahələr daxildir.
Dünyanın ən böyük iqtisadiyyatı olan 10 ölkədən 8-nin bu əsrin yarısında “xalis sıfır emissiya” hədəfinə çatacağı gözlənilir. Danimarka, Fransa, Finlandiya və İngiltərə Enerji transformasiyası indeksində yüksək sıralarda yer alıb.
Enerji tələbatı artan ölkələr arasında yer alan Çin və Hindistanın indeks göstəricisi azalıb, Afrika ölkələri indeks cədvəlində sonuncu yeri tutub.