Yaşlı insanlar üçün ən faydalı yağ- gündə 1 qaşıq




Yaşlı orqanizmə gündə bir qaşıq təmiz zeytun yağı lazımdır.


Həkim Yelena Solomatina ahılların ürək-damar sistemi üçün ən müsbət təsirli yağı açıqlayıb.


“Zeytun yağı yarım doymuş turşularla zəngindir. Adətən Omeqa 9 ürək-damar sisteminin işini yaxşılaşdırır.


Araşdırmalar da göstərib ki, gündə 1 xörək qaşığı zeytun yağı 2 həftə sonra ürək damar sistemini yaxşılaşdırır.


Yaşlılarda orqanizmin qocalması prosesi ilk olaraq, damar sistemindən başladığı üçün bu sistemi gücləndirmək vacibdir.


Zeytun yağının extra virgin növündən gündə 1 qaşıq udmaq vərdişi həzmi də yaxşılaşdırır və qaraciyərdə iltihabi prosesləri azaldır.



Ona görə evdəki yaşlılarda bu yağa üstünlük verin”.