“Qalatasaray” səfərdə xal itirdi


Türkiyə Superliqasında 20-ci tura start verilib.


YAZTV xəbər verir ki, “Qalatasaray” səfərdə “Hatayspor”la qarşılaşıb.


Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.


Oyunda hesabı 28-ci dəqiqədə meydan sahibləri açıb. 56-cı dəqiqədə Osimhenin qolu ilə hesab bərabərləşib.


Qeyd edək ki, bu nəticədən sonra xallarını 51-ə çatdıran İstanbul nəhəngi turnir cədvəlinə başçılıq edir. Ev sahibləri isə 10 xalla 18-ci pillədə qərarlaşıb.