Valideynlərini itirmiş uşaqlara birdəfəlik müavinət veriləcək


Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların təhsil üzrə təminatları qaydası dəyişir.


YAZTV xəbər verir ki, bu, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.


Layihəyə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə ümumi təhsil, peşə təhsili, orta ixtisas təhsili və ali təhsil müəssisələrini bitirdikləri zaman onlara müvafiq təhsil müəssisəsi tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə birdəfəlik müavinət ödəniləcək.


Təminat müəyyənləşdirilən məbləğdə birdəfəlik müavinət formasında olacaq.