Kriştianu Ronaldu 919-cu qolunu vurub


Kriştianu Ronaldu "Ən-Nəsr"in səfərdə "Əl-Xaleec"ə 3:1 hesabı ilə qalib gəldiyi oyunda dubl edib.


Bununla portuqaliyalı futbolçu karyerası ərzində vurduğu qolların sayını 919-a çatdırıb.


Beləliklə, Ronaldunun hədəflədiyi 1000-ə cəmi 81 qol qalıb.


Qeyd edək ki, fevralın 5-də Kriştianunun 40 yaşı tamam olacaq. (Oxu.az)