Türkiyədə hotel yanğınında ölənlərin yekun sayı açıqlandı



Türkiyənin Bolu vilayətindəki "Kartalkaya" xizək kurortunda yerləşən "Grand Kartal" hotelində baş verən yanğınla bağlı zərərçəkmişlərin şəxsiyyətlərinin müəyyənləşdirilməsi işləri tamamlanıb.


Bu barədə Türkiyə Ədliyyə Nazirliyindən məlumat verilib.


"Boluda baş verən yanğında bütün zərərçəkmişlərin şəxsiyyətləri müəyyən edilib. Yanğında həyatını itirənlərin sayı 78-dir", - deyə məlumatda bildirilib.