Samir Şərifova yeni vəzifə verildi
Baş nazirin müavini Samir Şərifova yeni vəzifə verilib.
YAZTV xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı müvafiq Fərmanda əksini tapıb.
Fərmana əsasən, Samir Şərifov İqtisadi Şuranın üzvləri sırasına daxil edilib.
Qeyd edək ki, S.Şərifov bir müddət öncə dövlət başçısının Sərəncamı ilə maliyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin edilib.