Miri Yusifi videoları ilə şantaj edən şəxsin MƏHKƏMƏSİ OLUB


Xalq artisti Miri Yusifi videolarını yayacağı ilə təhdid edərək, qarşılığında pul tələb edən şəxsin məhkəməsi olub.


Bununla bağlı Oxu.Az-a Miri Yusifin prodüseri, tanınmış teleaparıcı Emin Əfəndi məlumat verib.


"Bir neçə gün əvvəl saxlanılan şəxslə bağlı məhkəmənin ilkin iclası olub. Məhkəmədə həmin şəxsi bağışlamışıq", - deyə E.Əfəndi bildirib.


Xatırladaq ki, yanvarın 19-da naməlum şəxs "WhatsApp" sosial şəbəkəsi vasitəsilə Emin Əfəndiyə mesaj yazaraq Miri Yusifin videolarını yayacağı ilə təhdid edərək pul tələb etmişdi.