Azərbaycan cüdoçuları Bakı Böyük Dəbilqə yarışlarının püşkatma mərasimində iştirak edəcəklər



Fevralın 14-16-da Bakıda keçiriləcək Böyük Dəbilqə turnirinin püşkatma mərasimində Azərbaycan cüdoçularının rəqibləri bəlli olacaq.


Turnirdə iştirak etmək üçün 38 Azərbaycan cüdoçusu (27 kişi və 11 qadın) qeydiyyatdan keçib ki, onlardan 15-i hazırkı dünya reytinq cədvəlinin ilk 8-liyindədir.


Bunlar: Turan Bayramov, Balabəy Ağayev (hər ikisi - 60 kq), Ruslan Paşayev, Yaşar Nəcəfov, Rəşad Elkiyev (hamısı - 66 kq), Rəşid Məmmədəliyev (73 kq), Zelim Tsakayev, Ömər Rəcəbli (hər ikisi - 81 kq), Murad Fətiyev (90 kq), Uşanqi Kokauri, Camal Qəmzətxanov (hər ikisi +100 kq), Leyla Əliyeva (48 kq), Aidan Vəliyeva (52 kq), Açeliya Toprak və Fidan Əlizadədir(hər ikisi 57 kq).