Sahil Babayev maliyyə naziri təyin edilib


Sahil Rafiq oğlu Babayev Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilib.

YAZTV xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə Sahil Babayev maliyyə naziri təyin edilib.