“Rus Evi” fəaliyyətini dayandırır


Bakıdakı “Rus Evi” fəaliyyətini dayandırır.

YAZTV xəbər verir ki, “Rus Evi” bu barədə feysbuk hesabında paylaşım edib.

“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin tələbi ilə əlaqədar olaraq, “Rossotrudniçestvo” nümayəndəliyi – Bakıdakı “Rus Evi” öz fəaliyyətinin dayandırılması ilə bağlı tədbirlər görür”, - deyə paylaşımda qeyd olunub.