İstehsalı 2026-cı ilə qədər dayandırılacaq məşhur avtomobil modelləri - SİYAHI


Avtomobil istehsalçıları öz model sıralarını yenidən nəzərdən keçirməyə davam edirlər və 2026-cı ilə qədər bir neçə məşhur avtomobil modeli istehsal xəttindən çıxarılacaq.


Bu barədə Pravda.ru məlumat yayıb.


Səbəblər qismində elektrikləşmə, ayrı-ayrı seqmentlərə tələbatın azalması və krossoverlərə yönəlmə göstərilir.


Hansı modellər daha istehsal olunmayacaq?


"Porsche 718" - "Boxster" və "Cayman" modelləri yerlərini elektrik mühərriklə işləyən varislərə verəcək.


"Porsche Macan" - benzinlə işləyən versiyası elektrikli "Macan EV"ə yol açaraq bazarı tərk edəcək.


"BMW 8 Series" - aşağı tələbat gələcək istehsalı qeyri-rentabelli edir.


"Lexus RC" - idman kupesi rəqabətə tab gətirə bilmədi və brendin strategiyasına uyğun gəlmir.


"Mercedes-Benz GLC Coupe" - kupevari SUV populyarlığını itirərək yerini "GLC"nin klassik versiyalarına verir.


"Infiniti QX50" - brend aşağı satışlar səbəbindən model sırasını azaltmağa davam edir.


Bu modellər niyə tarixə qovuşur?


Elektromobillərin artımı - şirkətlər yeni texnologiyaların xeyrinə ənənəvi daxiliyanma mühərriklərindən imtina edirlər.


Krossoverlərin populyarlığı - alıcılar kupe və sedanlar əvəzinə daha çox SUV-u seçirlər.


Xərclərin optimallaşdırılması - istehsalçılar diqqəti gəlirli seqmentlərə yönəldirlər.