Region Liqasının başlama tarixi bəlli oldu


AFFA Region Liqasının püşkatma mərasiminin vaxtı bəlli olub.

YAZTV  xəbər verir ki, tədbir növbəti həftə üçün planlaşdırılıb. Həftəsonu isə oyunlar baş tutacaq.

AFFA tərəfindən iştirakçı komandalara formaların verilməsi və geyim dəstlərinə nömrə yazdırılması müəyyən vaxt aparacağı üçün ilk turun oyunlarını komandaların öz formaları ilə oynaması nəzərdə tutulub.