Azərbaycan Memarlar İttifaqı VII Bakı Beynəlxalq Memarlıq Müsabiqəsini elan edib
2013-cü ildə Azərbaycan Memarlar İttifaqının təşəbbüsü ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə birlikdə və Beynəlxalq Memarlar İttifaqının dəstəyi ilə ilk dəfə olaraq Bakı Beynəlxalq Memarlıq Müsabiqəsi təsis edilib.
Bu ilin mart ayının birindən start götürən müsabiqəyə təqdim olunan əsərlər dünyanın müxtəlif regionlarından xüsusi dəvət olunmuş mötəbər beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və yekunlar bu ilin oktyabr ayının əvvəlində elan olunacaq.
Qeyd edək ki, 12 il ərzində Bakı Beynəlxalq Memarlıq Müsabiqələrində dünyanın 53 ölkəsindən ümumilikdə 1250 memar iştirak edib. Bu illər ərzində müsabiqənin reytinqi yüksəlib, coğrafiyası genişlənib, müsabiqə dünyanın müxtəlif qitələrində çalışan memarların diqqətini cəlb etməyə başlayıb.