Qızılca yayıldı, ölənlər var

ABŞ-nin 12 ştatında qızılca yayılıb.
Bu barədə ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) tərəfindən açıqlama verilib.
Bildirilib ki, ölkə daxilində aşkar edilən ümumi yoluxma sayı 222-yə çatıb.
Texasda bir uşaq və Nyu Meksikoda bir şəxsin qızılca səbəbi ilə öldüyü qeyd edilib. Həmçinin epidemiyanın yayılmağa davam etdiyi və yaxın günlərdə yoluxma sayının arta biləcəyi xəbərdarlığı da edilib.