Beyləqanda voleybol üzrə məktəblilərin rayon birinciliyinin final görüşü keçirilib

Hacıqabul RVK-nın, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Beyləqan Olimpiya İdman Kompleksində baş tutan oyunu
Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəis vəzifəsini icra edən Elçin Qiyasov və digər qonaqlar canlı izləyiblər.
Qarşılaşmanın sonunda qaliblərə kubok və medallar təqdim olunub.
Daha sonra Ş.Bağırov yarış iştirakçıları ilə görüşüb. AVF prezidenti mükafatçıları təbrik edib, ölkəmizdə voleybolun kütləviliyinin artırılması və inkişafı istiqamətində görülən işlərdən danışıb, gənc idmançılara tövsiyələrini verib və onlara uğurlar arzulayıb.