Adı protokolda olmayan futbolçuları meydana buraxan komanda cəzalandırıldı

AFFA İntizam Komitəsi I Liqa təmsilçisi "Qaradağ Lökbatan"a texniki məğlubiyyət verib.
YAZTV xəbər verir ki, bu barədə qurumun iclasında qərar qəbul olunub.
Belə ki, XX turun "Cəbrayıl" - "Qaradağ Lökbatan" oyununda qonaq komandanın heyətində adları matçın protokolunda olmayan futbolçular meydana çıxıb. Bu səbəbdən kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
"Qaradağ Lökbatan", həmçinin 400 manat cərimələnib.
Qeyd edək ki, "Cəbrayıl" - "Qaradağ Lökbatan" görüşü qolsuz yekunlaşmışdı.