Qala-Pirallahı yolunda yeni piyada keçidi ilə bağlı vətəndaş rəyləri

Qala-Pirallahı avtomobil yolunun 3.6-cı kilometrində yeni yerüstü piyada keçidi inşa edilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən PAŞATv-ə bildirilib ki, sözügedən ərazidə avtobus dayanacağı, həmçinin yolun hər iki tərəfində yaşayış massivi və orta məktəb yerləşir. Bu baxımdan keçid yolun sağ və sol tərəflərinə maneəsiz, təhlükəsiz piyada gedişini təmin edir.
Müasir görünüşü ilə fərqlənən keçidin uzunluğu 76,7 metr, daxili hündürlüyü 3 metr, keçidaltı qabariti 5,5 metrdir.
Piyada keçidi 2 giriş-çıxışdan ibarətdir və fiziki məhdudiyyətli insanların rahatlığını təmin etmək üçün burada 2 lift quraşdırılıb.