BDU tələbələri Koreya dili nitq müsabiqəsinin qalibləri olublar

Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən Bakı Seconq Dil məktəbində Koreya dili nitq müsabiqəsi keçirilib.
BDU-dan PAŞATv-ə bildirilib ki, nitq yarışması üç mərhələdə keçirilib. İlkin mərhələni uğurla başa vuran 8 tələbə finalda iştirak etmək hüququ qazanıb. Finalda iştirak etməyə haqq qazanan iştirakçılardan üçü BDU-nun Şərqşünaslıq fakültəsinin tələbələridir. Nitq yarışmasında I yerə Nuranə Abbasova, II yerə isə Nigar Bəkirova layiq görülüb.
Müsabiqənin son mərhələsi dünyanın müxtəlif ölkələrində finala yüksəlmiş tələbələrin iştirakı ilə Koreyada keçiriləcək.