Böyük Britaniyada koronavirusun Hindistan variantı narahatlıq doğurur


Böyük Britaniyada koronavirusun Hindistan variantına (B.1617) yoluxmuş şəxslər müəyyən olunub.

PAŞATv xəbər verir ki, Şimali İrlandiyada virusun Hindistan variantına 12 nəfər yoluxub. Həmçinin ölkənin başqa bölgələrində də bu varianta yoluxanların sayı artmağa başlayıb.

Baş nazir Boris Conson ölkədə yayılan yeni variantın narahatlığı artdığını və ölümcül təhlükə yaratdığını bildirib. İyunun 21-də karantin rejiminin tamamilə aradan qaldırılmasını planlaşdıran hökumət krallıqda yeni variantın yayılmasından sonra vəziyyəti müzakirə etmək üçün təcili iclas keçirəcək.

Böyük Britaniya koronavirusun bu variantı tapıldıqdan sonra Hindistanı “qırmızı ölkələr” siyahısına daxil edib. “Qırmızı siyahı”ya daxil olan ölkələrdən Britaniyaya gələn şəxslər müəyyən olunmuş otellərdə 14 gün ərzində karantində qalmalı olurlar.

Qeyd edək ki, Böyük Britaniyada 4 milyondan çox adam koronavirusa yoluxub, 128 min nəfər isə həyatını itirib.(AZƏRTAC)