Şəhid hərbi feldşer Arəstə Baxışova “Florence Nightingale” medalı ilə təltif olunub


Beynəlxalq Qızıl Xaç Komitəsinin Cenevrədə keçirilən “Florence Nightingale” medalının təltifetmə mərasimində 18 ölkədən 25 tibb bacısı həmin medala layiq görülüb. Bu medal silahlı münaqişə və ya təbii fəlakət qurbanlarına müstəsna yardım göstərən, insanlıarn sağlamlığına, həmçinin tibb sahəsində qabaqcıl xidmət edən şəfqət bacılarına verilir.

PAŞATv xəbər verir ki, medala layiq görülənlər arasında Vətən müharibəsinin yeganə şəhid qadını Arəstə Baxışova da var. O, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda mübarizə aparan yaralanmış əsgərlərə ilk yardımın göstərilməsində və onların döyüş meydanından təxliyə edilməsində fəallıq göstərib və vəzifə borcunu yetirərkən həlak olub.