Türkiyədə FETÖ terror təşkilatına qarşı keçirilən növbəti əməliyyatlar ölkə ərazisinin yarıdan çoxunu əhatə edir


Türkiyə Silahlı Qüvvələrinin FETÖ/PDY terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən hərbi qulluqçularının saxlanılması istiqamətində növbəti genişmiqyaslı əməliyyat keçirilir.

PAŞATv xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin terror təşkilatları ilə əlaqə saxlamaqda şübhəli bilinən 158 üzvünün saxlanılması ilə bağlı keçirilən əməliyyatlar ölkənin 41 vilayətini əhatə edir. Onların arasında Türkiyənin Hərbi Hava və Hərbi Dəniz qüvvələrinin, Quru Qoşunlarının, Sahil Mühafizə orqanlarının əməkdaşları da daxil olmaqla yüksək rütbəli zabitlər var.

Gecə saat 01:00-da başlayan əməliyyat çərçivəsində artıq çoxlu sayda şübhəlinin saxlanıldığı, müxtəlif ünvanlarda axtarışların aparıldığı bildirilir. Digər şübhəlilərin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir. (AZƏRTAC)