“Hasilat Sənayesində Şəffaflıq” portalının təqdimatı olub


Oktyabrın 19-da Dövlət Statistika Komitəsində “Hasilat Sənayesində Şəffaflıq” portalının təqdimat mərasimi keçirilib.

PAŞATv xəbər verir ki, tədbirdə çıxış edən Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov toplanmış məlumatların müasir texnoloji vasitələrlə istifadəçilərə çatdırılması məqsədilə “Hasilat Sənayesində Şəffaflıq” portalının hazırlandığını bildirib.

Vurğulanıb ki, portal hasilat sənayesi sahəsində statistik məlumatların ictimaiyyətə, o cümlədən dövlət qurumlarına, özəl sektor, elm və təhsil müəssisələrinə, KİV-lərə və sair çatdırılması üçün əlverişli informasiya mühiti yaratmaqla virtual körpü rolunu oynayacaq.

Qeyd olunub ki, hasilat sənayesində şəffaflığın təmin olunması sahəsində ölkəmizdə həyata keçirilən tədbirlər beynəlxalq müstəvidə yüksək qiymətləndirilib. Həmçinin Azərbaycan BMT-nin “Dövlət Xidmətləri Mükafatına” layiq görülüb.