Bu ilin 9 ayında Gürcüstanda 43 min 800 cinayət faktı qeydə alınıb
Gürcüstanda cinayətkarlıq halları azalıb.
Cari il yanvarın 1-dən sentyabrın 30-dək ölkə üzrə 43 min 800 cinayət faktı qeydə alınıb. Bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 0,56 faiz azdır.
PAŞATv xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hesabat dövründə qeydə alınan cinayətlərin 45,6 faizinin üstü açılıb.
Gürcüstanda qeydə alınan cinayətlər sırasında birinci yerdə oğurluq faktları dayanır. Hesabat dövründə 12 461 oğurluq faktı qeydə alınıb. İkinci yerdə ailə zorakılığı – 3925, üçüncü yerdə isə narkotiklərlə əlaqədar cinayətlərdir – 2933.
Ölkədə 9 terror cinayəti qeydə alınıb. (AZƏRTAC)