Reqbi-7 üzrə Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib


Şəki şəhər stadionunda 2010-2011-ci il təvəllüdlü idmançılar arasında Reqbi-7 üzrə Azərbaycan birinciliyi keçirilib.

Azərbaycan Reqbi Federasiyasının birinci vitse-prezidenti Elvar Osmanov PAŞATv-ə bildirib ki, yarışda Gəncə, Sumqayıt, Qarabağ, Qəbələ, Şəki və Şəmkirdən reqbiçilər iştirak ediblər.

Turnirin yekunlarına görə, “Qarabağ Reqbi Klubu” yüksək nəticə əldə edərək birinci yeri tutub.

“Sumqayıt Reqbi Klubu”nun təmsilçiləri ikinci, “Qəbələ” idman klubunun reqbiçiləri isə üçüncü yerdə qərarlaşıblar.

Yarışın qalib və mükafatçılarına diplom medal və qalib komandaya kubokla təltif edilib.