Tərtərdə qanunsuz ov edən şəxs tutulub

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Qaradağlı kənd sakini Cabbar Həsənov qanunsuz ov edərkən saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan PAŞATv-ə bildiriblər ki, həmin şəxsdən qanunsuz ovladığı çöl heyvanları aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırma aparılır.