Ucarda indiyədək 13 min 22 hektar sahədə taxıl səpini aparılıb

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən PAŞATv-ə bildirilib ki, indiyədək 13 min 22 hektar sahədə səpin aparılıb. Bunun da 5227 hektarı buğda, qalanı isə arpadır. Əkilən sahələrin 5200 hektarında normal çıxış alınıb. Hazırda əkin aparılan ərazilədə mühüm aqrotexniki tədbir olan suvarma işləri həyata keçirilir. İndiyədək 8025 hektar sahə suvarılıb. Suvarma işləri xüsusilə rayonun Müsüslü, Yuxarı Şilyan, Boyat, Lək, Xələc, Qazyan, Qazıqumlaq icra nümayəndəliklərində daha mütəşəkkil aparılır.