İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 36 min 331 ipoteka krediti verilib
İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.
İKZF-dən PAŞATv-ə bildirilib ki, İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə indiyədək 36 min 331 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 1 milyard 964 milyon 3926 manatdır.