Cari ildə “Azərişıq” ASC-yə 4 mindən çox abonent elektron qaydada müraciət edib


Cari ilin 11 ayı ərzində “Azərişıq” ASC-yə 4004 abonent elektron qaydada şəbəkəyə qoşulma üzrə müraciət edib.

ASC-dən PAŞATv-ə bildirilib ki, müraciət edənlərin 436-sı ötən ayın payına düşüb.

Qeyd edək ki, “Azərişıq” abonentlərin məmnunluq səviyyəsini artırmaq, xüsusilə də pandemiya dövründə insanlar arasında təmasın azaldılması məqsədilə enerji təchizatı şəbəkəsinə qoşulma üzrə “e-gov.az” və “azerishiq.az” saytlarında elektron xidmətlər tətbiq edib.