On bir ayda Azərbaycanda 30,2 milyard dollara yaxın ticarət əməliyyatları aparılıb


Yanvar-noyabr aylarında Azərbaycanda ticarət əməliyyatlarının dəyəri 30 milyard 209,2 milyon ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsindən PAŞATv-ə verilən məlumata görə, ticarət əməliyyatlarının 10 milyard 409,8 milyon dolları idxalın, 19 milyard 799,3 milyon dolları isə ixracın payına düşüb.