Qusarda altı mindən çox fermer payızlıq əkinlərini bəyan edib.
Qusarda 2021-2022-ci illər üzrə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (KTİS) payızlıq əkinlərin bəyanı davam edir. Rayonda taxıl səpinini başa çatdırmış 6 mindən çox fermer Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinə (DAİM) müraciət edərək qeydiyyatdan keçib.
PAŞATv AZƏRTAC-a istinadən xəbər verir ki, 2020-ci ildən başlayaraq aqrar subsidiyalar Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən verilir. Payızlıq əkinlərə görə subsidiya almaq üçün müraciətlərin müddəti dekabrın 30-da başa çatır. Fermerlər EKTİS-də elektron müraciət formalaşdırmaq üçün öz əkinlərini bu tarixədək bəyan etməlidir. Dekabrın 30-dan sonra sistemə məlumatların daxil edilməsi mümkün olmayacaq və ilin sonuna kimi payızlıq əkinlərini bəyan etməyən fermerlər subsidiya almaq hüququnu itirəcəklər. Rauf Minhacov fermerləri daha mütəşəkkil olmağa, son tarixi gözləmədən öz əkin məlumatlarını bəyan etməyə çağırıb.
Əkinlərini vaxtında bəyan edən və müraciətləri təsdiqlənən fermerlər payızlıq əkinlərə görə subsidiyanı fevral-mart aylarında alacaqlar. Subsidiyanı ilin əvvəlində alan fermerlər bu vəsaiti yaz dövründə yemləmə gübrəsi, pestisid və digər aqrar istehsal vasitələri almağa sərf edə biləcəklər. Qeydiyyatdan keçən fermerlər əkin apardıqları hər hektara görə 210 manat məbləğində subsidiya alacaq.
Qusarda ümumilikdə 23 min hektardan çox sahədə buğda və arpa əkilib. Bu əkinlərin 16 min hektara yaxını artıq Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyata alınıb.