Bakıda anadan olan tanınmış bəstəkar Murad Kajlayev vəfat edib

Tanınmış bəstəkar, Rusiya Federasiyasının Əmək qəhrəmanı, SSRİ-nin Xalq artisti Murad Kajlayev vəfat edib.

YAZTV Dağıstan Mədəniyyət Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bəstəkar Dağıstanda 92 yaşında dünyadan köçüb.

Tanınmış bəstəkar çoxsaylı əsərlərin, o cümlədən baletlərin, simfoniyaların, film və teatrlar üçün musiqilərin müəllifidir. Onun caz əsərləri məşhur Dük Ellinqton orkestrinin ifasında səsləndirilib.

Murad Kajlayev 1931-ci il yanvarın 15-də Bakıda tibb professorunun ailəsində dünyaya gəlib. O, Azərbaycan Dövlət Konservatoriyasında Boris Zeydman kompozisiyası üzrə sinfi bitirib, Qara Qarayevin tələbəsi olub. Dirijor Kajlayev təcrübəni maestro Niyazinin yanında keçib. Müxtəlif illərdə Dağıstan radiosunun simfonik orkestrinin baş dirijoru, Dağıstan Dövlət Filarmoniyasının bədii rəhbəri, Ümumittifaq Radio və Mərkəzi Televiziyanın estrada-simfonik orkestrinin baş dirijoru olub. 1963-cü ildən Dağıstan MSSR-in Bəstəkarlar İttifaqının idarə heyətinin sədri olub.