Yanvarın 3-də Yer kürəsi maksimal məsafədə Günəşə yaxınlaşacaq

Yanvarın 3-də Yer kürəsi öz orbitinin Günəşə ən yaxın nöqtəsində yerləşəcək. Moskva planetarisi bildirib ki, bunun sayəsində göy cisminin görünən diametri iyul ayına nisbətən 3 faiz daha böyük olacaq.

YAZTV Rusiya KİV-lərinə istinadla xəbər verir ki, həmin gün ulduz və planet arasında məsafə 147 098 988 kilometr təşkil edəcək. Astronomlar dəqiqləşdiriblər ki, Yer kürəsi Moskva vaxtı ilə saat 03:38-də periheliyaya çatacaq.

Məlumdur ki, Yer kürəsi Günəşin ətrafında elliptik orbit üzrə hərəkət edir. Planet periheliyaya - yanvar ayında, afeliyaya (orbitin ən uzaq nöqtəsinə) isə – iyul ayının əvvəlində çatır. Bu dövrdə o, Günəşdən 152 milyon kilometrdən çox məsafəyə uzaqlaşır.

Qeyd edək ki, dekabrın 22-də Şimal yarımkürəsində qış gündönümü baş verib. İl ərzində ən qısa günün uzunluğu 6 saat 59 dəqiqə təşkil edib.