“Səbail” klubunda yeni məşqçi təyinatı reallaşıb

Bir müddət əvvəl "Kəpəz"in baş məşqçisi postunu tərk edən Azər Məmmədov yenidən “Səbail”də fəaliyyət göstərəcək.

Bakı klubundan YAZTV-ə verilən məlumata görə, 47 yaşlı mütəxəssis baş məşqçi Şahin Diniyevin köməkçisi təyin olunub.

Qeyd edək ki, A.Məmmədov "Kəpəz"ə baş məşqçi təyin olunanadək də "Səbail"də köməkçi məşqçi vəzifəsini yerinə yetirib