20 yaşadək voleybolçu qızlar arasında Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatı start götürür.

Litvanın Şaulyay şəhərində təşkil olunan yarışın ilk günündə komandamızın rəqibi Estoniya millisidir. Oyun Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

YAZTV xəbər verir ki, Yanvarın 7-dək davam edəcək çempionatda millimiz həmçinin Latviya, Ukrayna, Polşa və ev sahibi Litva komandalarına qarşı mübarizə aparacaq. 

Qeyd edək ki, Şahin Çatmanın rəhbərlik etdiyi komandamıza 14 idmançı cəlb edilib. “AVRO-2024”ə seçmə xarakteri daşıyan yarışda birinci olan komanda qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.

Oyun cədvəli

3 yanvar

14:00. Azərbaycan – Estoniya

4 yanvar

14:00. Azərbaycan – Latviya

5 yanvar

16:30. Azərbaycan – Ukrayna

6 yanvar

19:00. Azərbaycan – Litva

7 yanvar

16:30. Azərbaycan - Polşa

U-20 millimizin heyəti:

Oyunçular: Lamiyə Məmmədova, Fatimə Hüseynova, Ariadna Neçay, Xanım Cəlilova, Aişə Alismanova, Fizzə Qocayeva, Məleykə Məmmədova, Arzu Allahverdiyeva, Nəzrin Kərimli, Nəzrin Əhmədli, Sona Atayeva, Ülkər Allahverdiyeva, Fəridə İbrahimova, Vlada, Kavtunova.

Baş məşqçi - Şahin Çatma

Köməkçi məşqçilər - Səbinə Yarməmmədova, Murat Tanrıverdi, Kadir Çevik, 

Menecer- Yelena Parxomenko

Həkim - Sevinc Nəcəfova

Komandamıza uğurlar arzu edirik