Mehdi Hüseynzadə adına stadionda mövsümün tamaşaçı rekordu qeydə alınıb

Azərbaycan Premyer Liqasında tamaşaçı sayında yeni rekord qeydə alınıb.

Yaztv.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, XXI turun “Sumqayıt” – “Neftçi” görüşünü 8100 izləyici seyr edib.

10 ildən sonra çempionat matçını qəbul edən Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı bu göstərici 2023-2024-cü illər mövsümünün yeni rekordudur.

Bunadək rekord X turun “Turan Tovuz” - “Qarabağ” qarşılaşmasına (2:2) məxsus idi. Həmin matçı 6000 tamaşaçı izləyib.

Qeyd edək ki, “Sumqayıt” – “Neftçi” oyununda meydan sahibləri 2:1 hesablı qələbə qazanıblar.