Azərbaycan Qətər vətəndaşlarının bayramlarda üz tutacağı əsas ölkələrdəndir

Azərbaycan bu il Qətər vətəndaşlarının Ramazan və Qurban bayramlarında üz tutacağı populyar istiqamətlərdən və yaxud əsas ölkələrdən biridir.

YAZTV xəbər verir ki, bu barədə beynəlxalq hotellər şəbəkəsi - "The Peninsula" məlumat yayıb.

Məlumata görə, qətərlilər həmçinin Dubay (BƏƏ), Türkiyə, Qazaxıstan, İtaliya, Fransa, İsveçrə və Tailandı ən çox ziyarət etmək istədikləri yerlər kimi qeyd edib.